Haqqımızda
Bu nə ola bilər?
Yaxşı ideya !
Bizim vəzifəmiz bəhrəsini “burada və indi” görə biləcəyiniz və brendinizin uzunmüddətli perspektivdə inkişaf etməsinə kömək edə biləcək ideya və kontentlərin yaradılması və inkişaf etdirilməsidir.
Bizim bir çox bacarığımız var və biz onları reklam və marketinq sahəsində həyata keçiririk.
Sizin üçün onları 4 növ xidmətə ayırdıq:
1) Veb saytların hazırlanması
Biznesiniz üçün rəqəmsal pəncərə.
Veb sayt potensial və mövcud müştəriləriniz üçün işgüzar mədəniyyətiniz, xidmətləriniz və məhsullarınız və ümumiyyətlə biznesiniz ilə tanış olmaq üçün rəqəmsal vasitədir. Biz sizə biznes məqsədlərinizə uyğun veb saytın işlənib hazırlanması, optimallaşdırılması və ona texniki xidmətin göstərilməsində dəstək oluruq.
- Veb saytınızın şirkətin tarixçəsinə uyğunlaşdırılması;
- Veb saytınızın biznes məqsədlərinizə uyğunlaşdırılması;
- Veb saytınızın kontentinin hədəf qruplarınıza uyğunlaşdırılması;
- Veb saytınızın açar sözlər vasitəsi ilə Google axtarış sistemində tapılmasının təmin edilməsi.
2) Brend strategiyasının hazırlanması
Siz üzdə olmasanız, hədəf auditoriyanızın yaddaşında qalacaqsınız?
Siz yaxşı düşünülmüş brend strategiyanız ilə hədəf auditoriyanıza kim olduğunuzu göstərirsiniz. Biz sizin yaddaşlarda qalmağınız üçün binövrə - əsas fəaliyyət tarixçənizi və ünsiyyət konsepsiyanızı yaradırıq.
- Brendiniz üçün dəqiq təsvirin hazırlanması;
- Strategiyanızın brend əsasında qurulması;
- Brendinizin bazarda dəqiq mövqenin tutması;
- Brendinizin müasir tendensiyalara və ya unikal tarixçənizə uyğundurlaşdırması;
3) Rəqəmsal marketinq və reklam
Hədəf auditoriyanızın olduğu yerdə rəqəmsal görünmə imkanına malik olma.
Sosial platformalar biznesi idarə etmə, reklam və ünsiyyət üsullarını kökündən dəyişib. Biz dərhal işləyən və eyni zamanda brendin bazarda dəqiq mövqe tutmasına kömək edən ideyalar və kontentlər yaradırıq.
- Kontentinizin üçün strategiya və məqsədlərin işlənib hazırlanması;
- Kontentinizin biznesinizin istək və məqsədlərinə uyğunlaşdırılması;
- İstifadəçi məlumatlarından və rəqəmsal təlimdən istifadə olunması;
- Rəqəmsal mövcudluğun dəyəri düzgün ölçüldükdə və müvafiq şəkildə optimallaşdırıldıqda qızıla bərabərdir. Biz bunu edirik.
4) Əcnəbilərə Azərbaycanın turizm və istirahət sahəsində marketinq xidmətlərinin göstərilməsi
Azərbaycanın bir çox gözəl turizm və istirahət məkanları var. Xidmətlərimizdən biri əcnəbilərə həmin məkanların tanıtdırılması və təbliğ olunmasıdır. Müştərilərimizin istəyi ilə onlara turizm və istirahət sahəsində marketinq xidmətləri göstəririk və onların zövqünə və büdcəsinə uyğun məkanlar təklif edirik.
Ödəniş
Siz artıq bu səhifəmizdə təqdim etdiyimiz dörd xidmət növü ilə tanış olumusunuz. İndi xidmət haqqı barədə danışaq. Xidmət haqqı layihənizə sərf olunan saatın sayına görə hesablanır. 1 saatın qiyməti 54 AZN təşkil edir.
Xidmətlər, qiymətlər və ya əməkdaşlıq şərtləri ilə bağlı hər hansı sualınız yaransa, Əlaqə bölməsinə daxil olaraq müraciət edin.